“Təhqir və böhtanlarla bağlı qanunvericilikdə bir dəyişiklik etmişik. Lakin bu, ancaq rəsmi saytlara, informasiya mənbələrinə, agentliklərə aiddir”.
ONN media xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında deyib. O bildirib ki, bəzən bu məsələ səhv başa düşülür:
“Bu qanun sosial mühitin bütün parametrlərinə aid deyil. Tutaq ki, “Facebook” yazışmalarını əhatə etmir. Yəni əgər rəsmi saytda böhtan və təhqirə yol verilibsə, prokurorluq hər hansı məlumat əsasında cinayət işi başlada bilər. Kiminsə xüsusi ittiham qaydasında məhkəməyə müraciəti də mümkündür. Ancaq sosial şəbəkələrdə belə hallar yoxdur. Yalnız ümumi qaydada təhqir olunan, böhtan atılan zərər çəkmiş şəxs rəsmi müraciət etməli və onun müraciəti araşdırılmalıdır. Bu qanun rəsmi informasiya mənbələrinə, elektron vasitələrinə aiddir. İnsanın şərəf və ləyaqəti təhqir olunur, alçaldılır, yaxud etmədiyi, etdiyi hərəkət barədə böhtan məlumat yayılırsa, ailəsi haqqında , işi haqqında şəxsiyyəti təhqir olunursa, təbii ki, o vətəndaşın müraciəti araşdırılmalıdır”.
Deputat qeyd edib ki, bu gün sosial şəbəkələrlə bağlı məsələ ciddi əhəmiyyət daşıyır:
“Demək olar ki, bütün dünyada sosial şəbəkələrdəki yazışmaları oxumaq olmaz, bu dövlətin də borcu deyil. Əlbəttə sosial şəbəkələrdə hər hansı təhqir və böhtanın qabağını almaq üçün hətta qərb ölkələrində belə müəyyən qanunlar qəbul olunur. İnternetin məhdudlaşdırılması, ona nəzarətin tətbiqi, böhtan və təhqirlərin qarşısının alınması ilə bağlı demokratik dövlətlərdə belə aktuallaşıb. Bu çox ciddi məsələdir. Lakin dediyim kimi, rəsmi informasiya mənbəyi olduğu halda dövlət orqanları mütləq reaksiya verməlidir. Fərqi yoxdur, müraciət etdilər ya etmədilər”.



Saxta profil işlədənlər həbs oluna bilər?
Keçmiş AXCP üzvü Əli Kərimlini məhkəməyə verib - Açıqlama
Sosial şəbəkələr necə tənzimlənəcək?
DTX bu şəxslərə xəbərdarlıq etdi
Xoşqədəm Hidayətqızı yenidən məhkəməyə verildi
"Sosial şəbəkələrdə söyüş, təhqir və böhtan..." - Canlı
“The Guardian” YAP haqqında böhtan yazısına görə təkzib verməlidir
Saxta profil istifadəçilərinin NƏZƏRİNƏ!
Mədət Quliyevin sosial şəbəkələrdə hesabı var? — DTX-dən açıqlama
Milli Məclisin İntizam komissiyasının yeni Əsasnaməsi hazırlandı
Müstəqilli Günü qeyri-iş günü olacaq? - AÇIQLAMA
Ramiz Mehdiyevə 3 gün vaxt verildi…
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 