“Biz hər zaman çətinliklərlə qarşılaşdıq, amma bu gün ətrafımızda dövlətimizə qarşı başqa bir tələ ilə üz-üzəyik”. ONN media xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Boğaziçi Universitetində baş verən olaylarla bağlı çıxışında deyib. Nazir sözlərinə belə davam edib: “Müxtəlif donlar altında demokratiyanı “Troya atı” kimi istifadə edərək qurulan tələlər dövlətimizin hörmətini, etibarını, birbaşa dövlətin özünü hədəf alan, millətin dövlətinə olan sevgisini, sədaqətini, inancını hədəfləyən çoxcəbhəli hücumla qarşı-qarşıyayıq. Buradan soruşmaq istəyirəm: bir siyasi partiya sədrinin universitetdəki rektor təyinatında oranın qarşısına terrorla əlaqəli militantları ilə birgə gələnlərin içində nə işi var? Bu ölkə çox maneə aşdı, çox çətinliklər gördü. Bu tip terrorçu ruhlu insanları da, ölkənin dincliyini pozmaq istəyən siyasiləri də çox gördü. Amma bu tələyə bu ölkə bir daha düşməz. Vandallar kimi universitetin qapısını qırdılar. Ora elm yuvasıdır”. S.Soylu yaxın tarixdə Türkiyədə dövlətə qarşı təşkil edilən təxribatları xatırladıb: “16 böyük dövlətimizlə bu coğrafiyada mövcud olmağı özünə namus, qürur bilən övladlarıq. Ortaya nə qoyurlarsa qoysunlar, 15 iyul, 17-25 dekabr dövlət çevrilişinə cəhdlər, Gəzi parkı hadisələri, 28 fevral olaylarında bunu bacarmadılar. PKK, PYD, KCK, İŞİD, FETÖ ilə bacarmadılar. Bilməlidirlər ki, biz bu coğrafiyanın və dünyanın ən güclü ölkələrindən biri olacağıq. Bu ölkənin gündəmini haraya aparmağa çalışdıqlarını, nə hazırladıqlarını bilirik”. Qeyd edək ki, universitetin tələbələri Ədalət və İnkişaf Partiyasından deputatlığa namizəd olmuş professor Melih Bolunun rektor təyin edilməsinə etiraz olaraq aksiyalar keçirir. Aksiyaya Cümhuriyyət Xalq Partiyasından Canan Kaftancıoğlu da qatılmışdı.(publika.az)
Soyludan ŞOK AÇIQLAMA: Türkiyədə növbəti dövlət çevrilişi...



Süleyman Soylu Azərbaycana təşəkkür etdi
Elazığ tələbələrini geri çağırır – Soylu açıqladı
Türkiyədə zəlzələ qurbanlarının sayı artdı
Nazir ölümdən son anda XİLAS OLDU
Türkiyədə Soylu şoku- Nə baş verir?
Soyludan SƏRT ÇIXIŞ: Bizimlə oynamayın!
Süleyman Soylu: Qardaşlıq bu günlər üçündür
Qardaş ölkə ŞOKDA: 14 ölü, 14 yaralı
İstefadan ona görə imtina etdim ki...- Soylu
Soylu: ABŞ-a meydan oxuduq
Süleyman Soylu Kəmaləddin Heydərovdan dəstək istədi
Türkiyədə zəlzələ qurbanlarının sayı yenidən artdı
Xaricdə təhsil üzrə sənəd qəbulu başa çatdı
Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
İstanbul Bəyannaməsi imzalandı
Aşuranın vaxtı açıqlanıb
Güclü geomaqnit qasırğası olacaq
Kremldən Paşinyanın qələbəsinə reaksiya
İran XİN-in binasında güclü partlayış oldu
Azərbaycanda sabah yağış yağacaq
Məktəblərdə Tiktoka çıxış bloklandı
Azərbaycan bu Avropa ölkəsində səfirlik açır
Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı
Əhaliyə XƏBƏRDARLIQ - İyunun 10-na qədər...
Qəbul imtahanlarının düzgün cavabları açıqlandı
MM-də müzakirələr başladı
Paşinyan Azərbaycana çağırış etdi 