ONN İnformasiya Agentliyi

Qəza zamanı ən çox zərər vuran avtomobil markaları - SİYAHI

Qəza zamanı ən çox zərər vuran avtomobil markaları - SİYAHI
18-02-2021, 19:51


Sığorta hadisələrində ən çox zərər vuran avtomobil markaları açıqlanıb.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası 2020-ci ilin yekunlarına həsr etdiyi “İllik icmal” bülletenində məlumat verilib. Bülletendə ötən il ərzində baş vermiş qəzalarda ən çox zərər vurmuş avtomobil markalarını və onların sayı açıqlanıb. “İllik icmal”a görə, 2020-ci il ərzində ən çox zərər vuran avtomobil markaları siyahısına 3 829 dəfə qəza törətməklə VAZ markalı avtomobillər başçılıq edir. Siyahıda ikinci yerdə 3 771 dəfə zərərvurma ilə “Mercedes-Benz”, 3-cü yerdə isə 1 494 dəfə zərərvurma ilə “Hyundai” markalı avtomobillər yer alır. 2020-ci ildə ən çox zərər vuran avtomobil markaları aşağıdakı kimi təsnif olunub: “Opel” - 932 dəfə zərərvurma “Toyota” - 901 dəfə zərərvurma “Ford” - 805 dəfə zərərvurma KIA - 706 dəfə zərərvurma “Daewoo” - 537 dəfə zərərvurma BMW - 520 dəfə zərərvurma “Nissan” - 485 dəfə zərərvurma
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png