2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan 11 695 nəqliyyat vasitəsi idxal edib. ONN media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Hesabata əsasən, ölkəyə idxal olunmuş nəqliyyat vasitələrindən 10 614-ü minik avtomobilləri və motorlu nəqliyyat vasitələridir. Bu göstərici də bir il ərzində 2,2 dəfə artıb. Hesabat dövründə ölkəyə 974 yük avtomobili (2 dəfə artım), 53 avtobus və 10 və daha çox sərnişin tutumuna malik digər motorlu nəqliyyat vasitələri (2,3 dəfə artım) və 54 xüsusi təyinatlı nəqliyyat vasitəsi (2,2 dəfə artım) idxal olunub. Bütün növ nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalının ümumi həcmi 354,9 milyon manat təşkil edib. Bu göstərici Azərbaycanın idxal etdiyi bütün məhsullar arasında 7,8 faiz paya malikdir. Qeyd edək ki, 2018-ci ildə ölkəyə 28 876 nəqliyyat vasitəsi idxal olunmuşdu.
Azərbaycanda avtomobil idxalı nə qədər artıb?



Avtomobil idxalı artdı- 2,4 DƏFƏ
Bu il Azərbaycana nə qədər avtomobil gətirilib?
Ölkəmizə gətirilən avtomobillərin nə qədərdir?
Azərbaycan avtomobil idxalını artırıb
Azərbaycan avtomobil idxalını 3 dəfəyə yaxın artırıb
Xaricdən avtomobil gətirənlərə pis xəbər
Azərbaycana idxal olunan avtomobillərin sayı məlum oldu
Ölkəmiz avtomobil idxalını artırıb
Ölkəyə maşın idxalı artıb
Azərbaycana idxal olunan avtomobillərin sayı məlum oldu
Maşın almaq istəyənlərə PİS XƏBƏR
Avtobuslarla bağlı açıqlama- Sən demə...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 