"Zirə" komandası "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XX tur matçında zədə problemi ilə üzləşib. ONN media xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov 1:1 hesablı heç-heçə ilə yekunlaşmış qarşılaşmadan sonra mətbuat konfransında bildirib. 39 yaşlı mütəxəssis Lazar Corceviç və Riçard Almeydanın xəsarət aldıqlarını açıqlayıb. O, ötən tur "Qarabağ"la 0:2 hesabı ilə uduzduqları görüşdə zədələnmiş Klesio Bauku start heyətdə meydana buraxmaqla, riskə yol verdiklərini etiraf edib: "İkinci hissədə gördüm ki, Klesio istədiyi performansı göstərə bilmir, ona görə meydanda sonadək saxlamaq istəmədim". Zədələrlə bağlı sindromlarının olduğunu söyləyən Sadıqov Premyer Liqada milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilənin bu baxımdan faydalı olacağına inam ifadə edib: "Bu gün Elvin Camalov və Hacıağa Hacılı zədə üzündən heyətimizdə yox idilər. Bu yöndə problemlərimiz var. Düşünürəm ki, fasilə xeyrimizə olacaq. Vaxtımız olacaq ki, həm zədəlilərimiz sağalsın, həm də komanda çox yorğundur. Bu oyunlarda rotasiyalar edə, heç kimə istirahət verə bilmirdik. 5-6 gündən bir oyunlara çıxırdılar". "Qəbələ" ilə matçda serbiyalı müdafiəçi Lazar Corceviçi 36-cı dəqiqədə Tural Bayramlı əvəzləyib. Həm də Azərbaycan milli komandasının üzvü olan digər orta sahə oyunçusu Riçard Almeyda isə 74-cü dəqiqədə yerini yeni transfer Fakundo Meliviloya verib. Melivilo uzatma dəqiqələrində "Zirə"nin bərabərlik qolunu vurub. Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.
Millimizin futbolçusu zədələndi



"Qarabağ" "Zirə" ilə heç-heçə etdi
"Qəbələ"nin baş məşqçisi istefa verdi
Rəşad Sadıqov baş məşqçi kimi ilk qələbəsini qazandı
Rəşad Sadıqov bu klubun baş məşqçisi oldu
"Qəbələ" "Zirə"ni böyük hesabla məğlub etdi
Yubiley qolu "Qarabağ”a qələbə gətirdi
“Qarabağa”a görə onu oyuna buraxmadıq” - “Dinamo”nun baş məşqçisi
AFFA "Qəbələ"yə pul ayıracaq
"Neftçi" öz meydanında məğlub oldu
Bu gün Topaz Premyer Liqada 16-cı tura start verilib
Qurban Qurbanov onları itirdi
"Şerif"lə oyunöncəsi "Qarabağ"da CİDDİ İTKİ
Aşuranın vaxtı açıqlanıb
Güclü geomaqnit qasırğası olacaq
Kremldən Paşinyanın qələbəsinə reaksiya
İran XİN-in binasında güclü partlayış oldu
Azərbaycanda sabah yağış yağacaq
Məktəblərdə Tiktoka çıxış bloklandı
Azərbaycan bu Avropa ölkəsində səfirlik açır
Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı
Əhaliyə XƏBƏRDARLIQ - İyunun 10-na qədər...
Qəbul imtahanlarının düzgün cavabları açıqlandı
MM-də müzakirələr başladı
Paşinyan Azərbaycana çağırış etdi
Bakının bu rayonlarında işıq olmayacaq
Ermənistanda seçkilərin rəsmi nəticəsi açıqlandı
Sabah Azərbaycanda yağış yağacaq 