"Zirə"nin baş məşqçisinin adı məlum olub.
ONN media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Rəşad Sadıqov olacaq. Mütəxəssislə 3 illik müqavilə bağlanıb.
"Zirə” PFK-nın fəxri prezidenti Orxan Məmmədovun klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib: "Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılıq əldə etdik. Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. "Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram".
Qeyd edək ki, "Qarabağ"ın və milli komandamızın sabiq kapitanı karyerasını 2019/20 mövsümünün sonunda bitirib. Rəşad indiyədək "Turan", "Neftçi", "Qarabağ", Türkiyənin "Kayserispor", "Kocaelispor" və "Eskişəhərspor" və İranın "Fulad" klublarında çıxış edib. Azərbaycan millisində 111 oyun keçirən veteran müdafiəçi 5 qol vurub. O, 2016-2018-ci illərdə "Qarabağ"ın U-19 komandasını çalışdırıb.
Sadıqov futbolçu karyerası ərzində 7 dəfə Azərbaycan çempionluğunu ("Qarabağ" - 5, "Neftçi" - 2), 4 dəfə ölkə kubokunu ("Qarabağ" - 2, "Neftçi" - 2) qazanıb, 6 dəfə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.



Rəşad Sadıqov "Qarabağ"dan ayrıldı? - ÖZÜ AÇIQLADI
"Neftçi"nin yeni baş məşqçisi açıqlandı
Rəşad Sadıqov milli komandanın baş məşqçisini "Qarabağ"a gətirdi
Bu klubun yeni baş məşqçisi seçildi
"Qəbələ" məşqçisi ilə yollarını ayırdı
"Neftçi"nin baş məşqçisi postuna namizədlər kimdir?
"Fənərbağça"nın oyunçusu "Neftçi"də
Rəşad Sadıqov baş məşqçi kimi ilk qələbəsini qazandı
Qurbanov püşkü dəyərləndirdi: "Ciddi rəqiblə qarşılaşacağıq"
Neftçi rəsmən AÇIQLADI
Qurbanov ən çox qələbə qazanmış baş məşqçi oldu
"Qarabağ"yeni rekorda imza atdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 