Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində martın 28-də ölkə üzrə 420 ictimai iaşə obyektində 714 monitorinq keçirilib. Monitorinqlər zamanı 14 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, fiziki şəxs Məmmədov İlqar Budaq oğluna məxsus ”Qala” kafesi;
2. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ünvanında yerləşən, fiziki şəxs Eminov Ədalət İntiqam oğluna məxsus kafe;
3. Bakı şəhəri, Nəsimi rayonu, Cəfərov küçəsində yerləşən, fiziki şəxs Nağıyev Orxan Etiraf oğluna məxsus çay evi;
4. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən, fiziki şəxs Salmanov Fəxrəddin Məhəmmədəli oğluna məxsus “Çinar” kafesi;
5. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 76 ünvanında yerləşən, fiziki şəxs Əzizov Razil Məhəmməd oğluna kafe;
6. Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən, fiziki şəxs Mustafayev Anar Çingiz oğluna məxsus restoran;
7. Bakı şəhəri, Yasamal rayonu, “Bakı Şəhər Avtomobil Satış Mərkəzi”ndə yerləşən, fiziki şəxs Novruzov Elçin Azər oğluna məxsus “Tantuni” kafesi;
8. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 78 ünvanında yerləşən, fiziki şəxs Əliyev Füzuli Allahyar oğluna məxsus "Set Pub & Lounge" kafesi;
9. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlillov küçəsi, ev 53 ünvanında yerləşən, fiziki şəxs Rəcəbov Tale Əmrəddin oğluna məxsus "Senior Mansimo" kafesi;
10. Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi, ev 16/18, qeyri-yaşayış sahəsində yerləşən, fiziki şəxs Babayev Nail Yadigar oğluna məxsus kafe;
11. Bakı şəhəri, Nəsimi rayonu, Rza küçəsi, ev 16 ünvanında yerləşən, fiziki şəxs İmanov Nurlanbəy Heydar oğluna məxsus şərab evi;
12. Baki şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 216 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Əhliman Mirzə oğluna məxsus “Manqalüstü” restoranı;
13. Göygöl rayonu, Kazımov küçəsində yerləşən, fiziki şəxs Cəfərova Nəcibə İsa oğluna məxsus çayxana;
14. Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən, fiziki şəxs Orucov Rəşad Rəşid oğluna məxsus
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.



"Başkent" və "Qızıl ay" restoranları cərimələndi
Karantini pozan kafe və restoranlar cərimələndi
AQTA bu yerləri cərimələdi
Bu obyektlər cərimələndi - SİYAHI
Nöqsanlara yol verən bir neçə restoran CƏRİMƏLƏNDİ
“Peçat” buna görə cərimələndi
AQTA 1 gündə 404 obyektdə yoxlama apardı
AQTA beş obyekti cərimələdi
AQTA pozuntular aşkar etdi
Bu kafe və restoranlar cərimələndi
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 