Bakıda istifadə olunmuş batareya daşlarının qəbulu məntəqələri yaradılıb. ONN media xəbər verir ki, zibil qutusuna atılan bir batareya daşı ağır metallarla 400 litr su və ya 20 kvadrat metr ərazini çirkləndirə bilər. Zibil qutusuna atılan batareya daşı zibilliyə düşür və orada korroziya və ya yanma prosesi nəticəsində özündən hava və ya qrunt suları vasitəsilə yayılaraq qida və ya su ilə orqanizmizə daxil olacaq zərərli maddələr buraxır. Orqanizmdə toplanmaq xüsusiyyətinə malik olduğundan zərərli maddələr hətta az miqdarda olduqları halda belə onkoloji, reproduktiv və digər ciddi xəstəliklərə səbəb ola bilər. Batareya daşlarının hamısında insan sağlamlığına çox ciddi ziyan vuran toksik elementlər var: ● qurğuşun - böyrəklərə, qaraciyərə və sinir sisteminə, sümük toxumasına təsir edir, qan hüceyrələrinin ölümünə səbəb olur ● kadmium - ağciyərə və böyrəklərə zərər verir ● civə - sinir sisteminə, qaraciyərə, böyrəklərə, mədə-bağırsaq traktına, tənəffüs yollarına zərər verir ● nikel və sink - əsasən mədəaltı vəz, bağırsaq, qaraciyər və beyinə zərər verir ● qələvilər - selikli qişaları və dərini yandırır Bunun qarşısını almaq üçün, ilk növbədə çoxdəfəli akkumulyatorlarla əvəz etməklə batareya daşlarının istifadəsini azaltmalı, eləcə də istifadə olunduqdan sonra onlar qəbul məntəqələrinə təhvil verilməlidir. Bakıda bunu IDEA Campaign tərəfindən quraşdırılan istifadə olunmuş batareya daşlarının toplanması konteynerləri vasitəsilə etmək olar. Batareya daşlarının qəbul məntəqələrinin ünvanları: 1. 6 saylı məktəb-lisey. Ünvan: Şövkət Ələkbərova küç, 2 2. 23 saylı orta məktəb Ünvan: 28 May küç., 16 3. 132-134 saylı təhsil Kompleksi Ünvan: İstiqlaliyyət küç.,, 51 4. BANM - Bakı Ali Neft Məktəbi Ünvan: Xocalı prosp., 30 5. Oxbridge Academy Ünvan: Heydər Əliyev prosp., 203 6. BOS - Baku Oxford School Ünvan: Abbasqulu Abbaszadə küç., 8 7. MTK - Heydər Əliyev adina Müasir Təhsil Kompleksi Ünvan: Səməd Vurğun küç., 1006 8. BIS - Baku International School Ünvan: Əcəmi Naxçıvani küç., 3097 9. TISA - The International School of Azerbaijan Ünvan: "Royal Park" YK 10. French Lyceum of Baku Ünvan: Nobel prosp., 15 11. Baku European School Ünvan: Həsən Məcidov kü.,, 7с 12. ADA University Ünvan: Əhmədbəy Ağaoğlu küç. 11 13. DIA - Dovlət Idarəçilik Akademiyasi Ünvan: Lermontov küç.,, 74 14. ABC - Azerbaijan British College Ünvan: M Əliyev küç.,, 20/41
Bakıda 14 qəbul məntəqəsi yaradıldı - SİYAHI



Bu qidaları çayla içmək təhlükəlidir
Bakıda DƏHŞƏTLİ HADİSƏ: Ana tualetdə uşaq doğub zibilliyə atdı
Gün ərzində neçə dəfə qidalanmaq lazımdır? - Alimlərin fikri
Zəncəfil nə zaman orqanizmə ziyan vura bilər?
4 gündə beyni sıradan çıxaran və dəhşətli xəstəliklər yaradan QİDALAR
Gec qəbul olunan şam yeməyi diabet və digər xəstəliklərə səbəb ola bilər
Tez arıqlamaq istəyənlərin nəzərinə - Bunu etsəniz...
İnsanın ölümünü tezləşdirən 10 QİDA - Hamımız İSTİFADƏ EDİRİK
XƏBƏDARLIQ- Kababı araqla yemək olmaz
Çayın bilmədiyiniz ZƏRƏRLƏRİ
Bu şəxslərə yodlaşdırılmış duz ziyan vura bilər
Tez-tez turşu yeyənlər MÜTLƏQ OXUSUN: Yeməkdən əvvəl...
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 