“Belarus Prezidenti Aleksandr Lukaşenkonun son prezident seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana etməsi maraqlıdır. Bayden-Putin qarşıdurmasından nəsibini alacaqlar siyahısında ilk sıralarda olan Lukaşenko çətin vəziyyətə düşüb. Bayden təzyiqi, Putin Rusiya-Belarus “birləşməsi”ni ehtiva edən “dərin inteqrasiya”nın gerçəkləşməsi tələbini artıracaq. Xüsusilə Donbasdakı gərginlik fonunda Moskva Belarus planını tezləşdirmək niyyətindədir. Son seçkilərdə yaşananlar isə göstərdi ki, belaruslular rus xəttinə müsbət baxmırlar və bu, ABŞ üçün müdaxilə imkanı yaradır”.
ONN media xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.
“Lukaşenko üçüncü seçim axtarışındadır. Bu, türk yolu da ola bilər. Lukaşenkonun ilk xarici səfərini Bakıya etməsinin əsas hədəfi Türk Şurasına üzv (ilkin mərhələdə müşahidəçi kimi) olmaqdır.
1. “Rus ittifaq”larında yer alan türkdilli ölkələrin Türk Şurasına üzv olması Minsk üçün presedent yaradır;
2. Lukaşenko Bakı və Ankara üzərindən Qərblə münasibətlərini düzəltmək, ən azından təzyiqləri zəiflətmək şansı əldə edə bilər;
3. Rusiyanın “dərin interqsiya” tələbini geri çevirmək, ən azından təxirə salmaq üçün Moskvaya alternativinin olduğu mesajını verir;
4. Rusiyaya qarşı beynəlxalq çağırışlar fonunda Moskvanın yanında görünmək istəmir;
5. Qarabağ müharibəsindən sonra, daha doğrusu, yeni geosiyasi reallıqda yüksələn türk birliyinin qapısı Batka üçün “sağ qala bilmək” seçimidir;
Bu kontekstdə Ərdoğanın dediyi “tam və müşahidəçi qismində Türk Şurasına qatılmaq istəyən ölkələr” arasında Belarusun da olduğu ehtimalı böyükdür.
Əliyevlə Lukaşenkonun qeyri-rəsmi görüşündən çəkilmiş foto isə özündə çox şeyi ifadə edir”. (publika.az)



Lukaşenko Rusiyaya getdi - Putinlə KİRİTİK MÜZAKİRƏ
Putin ilə Lukaşenkonun görüşü başladı
Lukaşenko Putinə zəng etdi
Lukaşenkonun Azərbaycana səfəri başa çatdı
Belarus və Rusiya birləşir?- AÇIQLAMA
Lukaşenko Bakıdan ayrılan kimi niyə Putinə zəng etdi?
Putinlə Lukaşenko görüşəcək
Putin və Lukaşenko Qarabağı müzakirə etdi
Lukaşenko Türkiyəyə getdi
KTMT-nin dövlət başçıları toplaşacaq - BU TARİXDƏ
Putinlə Lukaşenko telefonda danışdılar
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 