ONN İnformasiya Agentliyi

Rusiya Qafqazdakı ordu bölmələrini Krıma göndərdi

Rusiya Qafqazdakı ordu bölmələrini Krıma göndərdi
16-04-2021, 11:13

Rusiya Krıma 58-ci ordunun bölmələrini yerləşdirib. ONN media  xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Qeyd edək ki, 58-ci ordu Cənub Hərbi Dairəsinə daxildir. Ordunun daimi dislokasiya yeri Şimali Qafqaz respublikalarıdır. 58-ci ordunun mənzil qərargahı Vladiqavqaz (Şimali Osetiya) hesab edilir. Məhz bu ordu Dağıstandakı 90-cı illərdəki proseslərdə, 2008-ci il Gürcüstan müharibəsi və 2014-cü il Donbas savaşında (qeyri-rəsmi) iştirak edib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png