İxtisasca mama-ginekoloq olan Firəngiz Rüstəmova Avropa Təbii Elmlər Akademiyasının üzvü və eyni zamanda bir neçə kitabın – “Hor sivilizasiyası və onun günümüzdə izləri”, “Tanrılar yurdu vətənim Azərbaycan və düşüncələrim”, “Qadın xəstəlikləri müalicəsində dərman bitkilərinin rolu”, “Ginekoloqun gündəliyindən”, “Al Madan Al Anaya” adlı kitabların müəllifidir. O aylarını, illərini – bütövlükdə ömrünün böyük hissəsini kitablara ayıran, arayıb- axtarıb hər dürrdən bir zərrə toplayıb kitablara köçürən və onu geniş oxucu kütləsinə təqdim edən günümüzün yaradıcı qadın yazarlarındandır. Son ildə Firəngiz xanım nəfis şəkildə çap olunmuş iki fərqli, aktual mövzuların yer aldığı kitablarını oxuculara təqdim edib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Folk və ya xalq təbabəti” və “Təbabət və mifologiya: görünən və görünməyən əlaqələr” adlı kitablar müəllifin təbiətlə qəlbinin vəhdətindən yaranmış gözəlliyin məhsuludur, desək, yanılmarıq. Firəngiz xanım bu kitablarla bizə bələdçilik edir, təbiətin sirli, sehirli bitkilərini tanımağa, dərk etməyə səsləyir. Hər iki kitabı oxucularına təqdim edən müəllif bildirib ki, oxucu diqqəti, oxucu sevgisi onu daha da ruhlanıdırır və yeni-yeni araşdırmalara sövq edir. Pandemiya şərtlərinə uyğun olara həyata keçirilən tədbirdə iştirak edən AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, politoloq, Əməkdar jurnalist Aynur Camalqızı, Əməkdar jurnalist, AQSİA İdarə Heyətinin üzvü Mətanət Ağamirli, Yazıçı jurnalist Şərəf Cəlilli, AQSİA İdarə Heyətinin üzvü Pərvanə İsgəndərova və başqaları öz çıxışlarında kitabla bağlı yüksək fikirlərini bildirərək, kitabların ictimaiyyət üçün, xüsusilə qadınlar üçün ciddi çəkisindən, gərəkliliyindən bəhs etdilər. Firəngiz Rüstəmovanın yaradıcılığını şərh edən natiqlər müəllifə yeni- yeni uğurlar arzuladılar.
Firəngiz Rüstəmova növbəti kitablarını təqdim etdi



Prezident Firəngiz Əlizadəni MÜKAFATLANDIRDI
Fərhad Bədəlbəylidən Zeynəb Xanlarovaya etiraz: “Camaatın dərdi var” – Video
Firəngiz Rəhimbəyova ABŞ-da dəfn olundu
Kamal Abdullanın yeni kitabı çapdan çıxıb
Firəngiz Mütəllimova arxiv fotosunu paylaşdı
Tanınmış teatrşünasın yeni kitabı nəşr edildi
Firəngiz Əhmədova
6 fevral Firəngiz Şərifovanın doğulduğu gündür
Bu gün Firəngiz Şərifovanın doğulduğu gündür
20 fevral Firəngiz Şərifovanın vəfat etdiyi gündür
23 sentyabr Firəngiz Əhmədovanın doğulduğu gündür
16 dekabr Firəngiz Əhmədovanın vəfat etdiyi gündür
Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Azərbaycan nümayəndə heyəti İrandadır
İran paytaxtın hava məkanını bağlayır
Sabah 36 dərəcə isti olacaq
Abşeron çimərliklərində yayılan çəyirtkələrlə bağlı RƏSMİ AÇIQLAMA
Pakistanda avtobus dərəyə aşdı: 40 ölü
Yayın ən bahalı 10 transferi - SİYAHI
Bu gün bəzi ərazilərdə qaz kəsiləcək
Haqqında "öldü" xəbərləri yayılan İbrahim Tatlısesin son görüntüsü
Paşinyan Rusiyaya gedir
Xorvatiyanın qolu niyə ləğv edilib? – FİFA
Xamenei ilə vida mərasimi başladı
Hərbiçimiz bədbəxt hadisə zamanı həyatını itirdi
Yaponiyada güclü zəlzələ oldu 