Unutumayaq, unutdurmayaq! Əhmədova Firəngiz 23 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil oldu. Vokal sənətində ilk dərslərini həmin məktəbdə almağa başladı. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . 1946–1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951–1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Konservatoriyanın ikinci kursunda oxuyanda onu Opera və Balet Teatrına dəvət etdilər. Firəngiz Əhmədova uzun illər Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C. Puccini) və s. Firəngiz Əhmədova Azərbaycanın opera sənətinin inkişafında çox böyük rol oynadı. Opera tamaşalarında böyük sənətkarlarla — Bülbül, Müslüm Maqomayev, Rauf Atakişiyev və başqaları ilə tərəf-müqabil olan Firəngiz Əhmədova o illərdə Sovet İttifaqına daxil olan respublikalarda, eləcə də Çexoslovakiya, Polşa, Bolqarıstan, Rumıniya və başqa ölkələrdə qastrol səfərlərində oldu, Azərbaycan mədəniyyətini layiqincə təmsil etdi. Opera sənətində yüksək uğurlar qazanan Firəngiz Əhmədova müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı kimi də tanındı. O, Üzeyir Hacıbəylinin "Sənsiz", Asəf Zeynallının "Ölkəm", Niyazinin "Arzu", Əşrəf Abbasovun "Heyran olmuşam", Ağabacı Rzayevanın "Oxu, gözəl", eləcə də P.Çaykovski, S.Raxmaninov, S.Taneyev və digər klassik rus bəstəkarlarının romanslarını və mahnılarını sənətkarlıqla ifa etdi. Firəngiz Əhmədova 1989-cu ildən ildən Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərir. SSRİ Ali Sovetinin (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olmuşdur. Ölkəmizdə opera sənətinin inkişafı sahəsində nailiyyətlərinə görə o, Azərbaycan SSR əməkdar artisti, Azərbaycan SSR xalq artisti və SSRİ xalq artisti fəxri adlarına, müxtəlif orden və medallara layiq görülüb, o cümlədən müstəqil Azərbaycanın ali mükafatı olan "Şöhrət" ordeni ilə eləcə də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunub 16 dekabr 2011-ci ildə Bakı şəhərində vəfat edib və I-ci Fəxri Xiyabanda dəfn edilib. Allah rəhmət eləsin!
23 sentyabr Firəngiz Əhmədovanın doğulduğu gündür



16 dekabr Firəngiz Əhmədovanın vəfat etdiyi gündür
16 dekabr Firəngiz Əhmədovanın vəfat etdiyi gündür
Firəngiz Əhmədova
16 dekabr Firəngiz Əhmədovanın vəfat etdiyi gündür
Bu gün Rəşid Behbudovun doğulduğu gündür
Bu gün İsmayıl Şıxlının doğulduğu gündür
22 mart İsmayıl Şıxlının doğulduğu gündür
20 fevral Firəngiz Şərifovanın vəfat etdiyi gündür
12 may Novruz Aslanın anadan olmasının 60 ili tamam olur
6 fevral Firəngiz Şərifovanın doğulduğu gündür
Bu gün Firəngiz Şərifovanın doğulduğu gündür
26 iyul İsmayıl Şıxlının vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 