Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsini sosial elmlərə tətbiq edən yeni nəşri – “Qeyri-səlis məntiq və nitq-dil” adlı kitabı çapdan çıxıb.
ONN media xəbər verir ki, “Sim-Sim” nəşriyyatında işıq üzü görən yeni kitabda qeyri-səlis məntiq nəzəriyyəsi, ilk dəfə olaraq, dilçilik obyekti olan dilə-nitqə tətbiq edilir. Kitabın “Ön söz”ünün müəllifi Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun sədri Rüştü Burak Ekedir. Nəşrin elmi redaktorları – professorlar Lətafət Qardaşova, Azad Məmmədov, Burak Eke, rəyçiləri isə xalq şairi Ramiz Rövşən, İsmayıl Məmmədov və professor Hacan Hacıyevdir.
Kitabda qeyri-səlis məntiq nəzəriyyəsini dilçilikdə yeni istiqamət kimi təqdim edən müəlliflər bu nəzəriyyənin dilin təbii çoxmənalılığı və qeyri-xətti xüsusiyyətlərini necə izah etdiyini əhatəli şəkildə təhlil edirlər. Bu yanaşma həm dilçilik elmi, həm də informasiya nəzəriyyəsi sahələrində yeni perspektivlərə yol açır, gələcək tədqiqatlar üçün zəmin yaradır.
Akademik Kamal Abdulla və professor Rafiq Əliyevin “Qeyri-səlis məntiq və dil-nitq” adlı yeni kitabı təkcə elmi dairələr üçün deyil, eyni zamanda, geniş oxucu auditoriyasına dərin fəlsəfi və intellektual təcrübə təqdim edir. Kitabın müasir dilçilik və məntiq sahələrində açdığı yeni üfüqlər qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının vacibliyini bir daha ön plana çıxarır. Oxucuları düşüncələrarası səyahətə dəvət edən bu unikal əsər Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlər açmaqla yanaşı, hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olaraq gələcək tədqiqatlar üçün zəmin yaradır, Azərbaycan elminə mühüm töhfə verir



Kamal Abdullanın və Rafiq Əliyevin yazdığı kitab işıq üzü gördü
İlham Əliyev sərəncam imzaladı
6 sentyabr Lütfi Zadənin anım gündür
4 fevral Lütfi Zadənin doğum günüdür
Bu gün Lütfi Zadənin doğulduğu gündür
4 fevral Lütfi Zadənin doğum günüdür
Lütfi Zadə
Dilimizdəki alman mənşəli sözlər
"Vətən bizə əmanətdir" adlı kitab çapdan çıxdı
“Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” kitabı üç dildə çapdan çıxıb
Vətən qarşılıqsız sevilər
Ölkəmizdə yeni elektron tətbiq: SƏLİS müqavilə...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 