İran dövlət televiziyasında ədəbiyyat müəlliminin azərbaycanlı şair Məhəmməd Füzuli barədə dediyi sözlər ölkədəki türklərin sərt reaksiyalarına səbəb olub. ONN media xəbər verir ki, televiziyada yayımlanan dərs zamanı müəllim Füzuli əbəs yerə "Füzuli" (boş, mənasız, cəfəng, uzunçuluq edən; orijinal ərəbcədə maraqlı, hər şeylə maraqlanan, hər işə qarışan kəs) təxəllüsünü almadığını deyib. “Saib Təbrizi nə yazdısa, Füzuli türkcə divanına öz şeiri kimi daxil edib”, - deyə müəllim tarixi qarışdıraraq, sərsəmləyib. Saib Təbrizinin Füzulidən təxminən 40 il sonra dünyaya gəldiyinə baxmayaraq, iranlı müəllimin Füzuli ilə bağlı bu cür sərsəmləməsi kəskin reaksiyalara səbəb olub. Hadisədən bir gün sonra İran dövlət televiziyası mövzu ilə bağlı üzr mesajı yayımlasa da, bu, etirazların kəsilməsinə bəs etməyib. Bir gün sonra yenidən ibtidai məktəb tədris proqramında müəllimin “keçmişdə türk idarəçilərin xüsusiyyətləri nələrdir?” sualına “səhrada gəzən bədəvilər” cavabı verməsi isə ocağa yağ atıb. İranlı akademik, Ankara Universitetinin professoru Məhəmməd Rza Heyət məsələ ilə bağlı açıqlama yayıb. “İranda dövlətə məxsus qurumlar və ya media orqanları vasitəsilə türkləri təhqir etmək ölkənin birliyinə zərər verir. Füzuli İran, Azərbaycan bölgəsində yüksək qiymətləndirilən türk şairidir. XVI əsrdə Əlişir Nəvai şərq türkləri arasında məşhurlaşdığı kimi, Füzuli də qərb türkləri arasında məşhur idi. Füzuli ərəb, fars və türk dillərində əsərlər yazıb. Ən güclü əsərləri türk dilində idi. İranda müasir təhsil tətbiq olunmadan əvvəl Təbriz kimi türk şəhərlərində Füzulinin əsərləri dərs vəsaiti kimi istifadə olunurdu. 1979-cu il inqilabına qədər Füzulinin türkcə divanı İranın türk bölgələrində demək olar ki, bütün evlərdə tapılırdı. Füzulinin kitabları inqilabdan sonra da ən çox nəşr olunan və oxunanlar kitablar arasında idi”, - professor bildirib.(kult.az)
İran dövlət televiziyasında türk şairi təhqir olundu



Şəhid anasını söyən müəllimin aqibəti necə oldu?
Ərsin Tatar Fizuliyə gedib
“Füzuli” yarımstansiyası istifadəyə verildi
Şuşaya çəkilən yoldan - FOTOLAR
Nazirlik Füzuli rayonunun təhsil statistikasını AÇIQLADI
Sosial şəbəkələrdə səs yazısı yayılan müəllimin aqibəti necə oldu?
Füzuli xoşbəxtlik şəhəri olacaq
Növbəti köç karvanı Füzuliyə çatdı
Ərdoğan Füzuli aeroportunun açılışında çıxış edəcək
Füzuli şəhərinə ilk köç başlayır
Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək - Prezident
ABŞ və İran niyə razılığa gələ bilmədi?
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 