Ədib İSAOĞLU Son günlər dünya gündəmini zəbt edən İsrail-Fələstin münaqişəsi, bizim kənddə də intriqalara, hətta «soyuq silahlarla» (gərməşov ağacı, iydə şivi, mösün söyüddən bel sapı) nəticələnən davalara səbəb olub. Ta iş elə yerə çatıb ki, evlərdə də gərginlik səngimir. Arvad əriynən, oğul ataynan, qardaş qardaşnan, ancaq İsrail-Fələstin məsələsini mübahisəli şəkildə müzakirə edirlər. Hələ sosial şəbəkələrdən deyim. Biri yazıb ki, "Fələstinin haqqı bu milləti tutacaq. Ona görə ki, "Həmas" 44 günlük müharibədən sonra, Azərbaycanı təbrik etdi". Bir başqası isə ona cavab yazıb. "Hə nə olsun, təbriki bizə verdi, muzdlu döyüşçüləri, siyasi və mənəvi dəstəyi də ermənilərə". Di gəl çıx bu işin içindən də. Dədə öz gölümüz "Qara göl"ün azadlığından heç bu qədər yazmırlar. Qayıdaq kəndimizdəki canlı olaylara. Sosial şəbəkədəki insanlara inam özünü doğrultmur. Bəziləri də başqa adlarnan təpilib ora… "Təcili yardım" sreninin səsinə çıxdım küçəyə. Nə oldu yenə ay Allah, kim çağırdı bu "təcili yardım" maşınını. Qonşum Mir Hüseyn Seyid ağa təlaşımı görüb mənə təskinlik verdi. - Təlaşlanma ay qonşu, Səy Qasımla Molla Qəzənfər genə qırıblar bir-birini. - Yenə heyvan növbəsi üstündə? - Yox əşi, Fələstin-İsrail məsələsidir bu dəfə. Molla Qəzənfər "bizim fələstinlilərin" üstündən gələrək belnən vurub Səy Qasımın başını partladıb. Əslində elə düz eləyib vurub. Ay qonşu, bu Səy Qasıma deyən lazımdır ki, "Cuhuddar" sənin nəyindi onları müdafiə edirsən? - Bəs necə müdafiə edib ki? - Deyib ki, İsrail bizə fələstinlilərdin daha yaxın millətdir. Həmişə bizi müdafiə ediblər. Fələstinlilərdən fərqli olaraq ermənilərə münasibətləri də pisdir. Belə "ədalətsiz və nahaq" sözlərə dözməyən gözünə döndüyüm Molla Qəzənfər də geydirib lapatkanı Səy Qasımın başına. Ay qonşu, gəl əyri oturaq, düz danışaq sən belə şeyləri bizdən daha yaxşı bilərsən, bu konuda, kim haqlıdır? - Qonşu kimin haqlı olduğunu deyə bilmərəm. Amma onu deyə bilərəm ki, dinlərin yaradıcısı olan yəhudilər, dinləri yaratmaqla həm dünyanı, həmdə özlərini çıxılmaz vəziyyətə salıblar…
İsrail-Fələstin münaqişəsi Səy Qasımla Molla Qəzənfəri də üz-üzə qoydu



Fələstin bu ölkədəki səfirini təcili geri çağırdı
İsrail Qəzzanı Fələstinə verəcək?
Qəzzada ölənlərin sayı açıqlandı
İsrail Azərbaycanı belə təbrik etdi
Fələstin də itkilərinin sayını açıqladı
Deputatdan Fələstinə ÇAĞIRIŞ
HƏMAS Fələstin tərəfdarı olanları da öldürdü
Türkiyə XİN-dən İsrailin hücumuna sərt reaksiya
Həbslər başladı- Rəis saxlanıldı
Ərdoğan İsrail savaşına müdaxiləyə hazırlaşır - Təcili
İsrail ordusu itkilərini açıqladı
Qəzzada ölən jurnalistlərin sayı artdı
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 