Polşa Prezidenti Andjey Duda Türkiyəyə rəsmi səfər edib. Bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilir ki, Polşa liderini Esenboğa Hava Limanında Ticarət naziri Mehmet Muş qarşılayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutan səfər çəçivəsində iki ölkə arasında iş birliyi üçün atıla biləcək addımlar müzakirə ediləcək. Rəsmi görüşlər zamanı bölgədə və dünyada baş verən proseslər də müzakirə mövzusu olacaq. Həmçinin bəzi müqavilələrin imzalanması gözlənilir.
Polşa Prezidenti Ankaraya səfər etdi

