Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
ONN media xəbər verir ki, prosesə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.
İttihama görə, Lüdvik Mkrtçyan Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsirləri işgəncələr altında saxlayıb. O, bir neçə erməni ilə cinayət əlaqəsinə girərək Qubadlı rayon ərazisində yaralı vəziyyətdə olan Kazımov Həbib Muxtar oğlunu əsir götürərək baş və bədən nahiyəsinə ağır zərbələr yetirərməklə işgəncə verib. L.Mkrtçyan 1994-cü ildə Kəlbəcər rayonu Murovdağ istiqamətində yaralı halda əsir düşən Hacıyev Elman Rəhman oğlunu Xocavənd rayonunun Ağbulaq kəndi istiqamətinə apararaq orada ona işgəncə verib, qondarma rejimin sabiq müdafiə nazirinin evinin tikintisində ağır işlərə cəlb edib, ac saxlayaraq ona avtomat qundağı ilə zərbələr vurub.
Təqsirləndirilən şəxs bir qrup erməni ilə cinayət əlaqəsinə girərək 1993-cü ildə Ağdamda əsgər Əliyev Famil Heydərəli oğlunu əsir götürüləndən sonra Şuşa həbsxanasına aparıb, orada ona ağır işgəncələr verib. Lüdvik Mkrtçyan həmin vaxt Şuşa həbsxanasında dəmir və taxta parçalarla yaralı əsgərə xəsarətlər yetirərək onu ac-susuz saxlayıb. Bundan başqa, təqsirləndirilən şəxs 1994-cü ildə Ağdamda əsir düşən əsgər Hüseyn Cavid Alı oğlunu Şuşa həbsxanasında 1 il saxlayaraq şaxtalı havada qarın altında işgəncələr verib, üzərinə soyuq su töküb, baş və göz nayihəsinə ağır zərbələr vurub, işgəncə verib. Nəticədə Cavid Hüseyn iki gözünün görmə qabiliyyətini itirib.
Mkrtçyan 1994-cü ildə Kəlbəcərdə əsir düşən əsgər Babayev Kamil İdris oğlunu Şuşa həbsxanasında baş və bədəninə avtomat qundağı ilə mütəmadi vuraraq xəsarətlər yetirib, ac-susuz saxlayıb, müxtəlif üsullarla işgəncələr verib. O, digər təqsirləndirilən Alyoşa Xosrovyanla birlikdə Kəlbəcərdə Ömər aşırımında əsir düşən əsgər Abduləliyev Yaşar Abduləli oğlunu Kəlbəcərdəki evlərdən birində qanunsuz olaraq saxlayaraq onu müxtəlif vaxtlarda və müxtəlif alətlərə döyüb xəsarətlər yetirib.
Lüdvik Mkrtçyan erməni qruplaşması ilə 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlərdə yaralanıb əsir düşən Zahid Həsənovu qanunsuz saxlayaraq əsirlikdə olduğu müddətdə ağır xəsarətlər yetirib, qışda üstünə soyuq su tökərək döyüb, ac saxlayıb. Təqsirləndirilən şəxs 1994-cü ildə Füzuli rayonunun Alıxanlı kəndində gedən döyüşlərdə yaralanan əsgər Qafarov Rauf Şəmsəddin oğlunu əsir götürüb, 1 il müddətində yumruq və təpiklə vurub, siqaret kötüklərini bədənində söndürüb ağır işgəncə verib.
Mkrtçyan 1998-1999-cu ildə İslamov Elşən Sabir oğlunu qanunsuz saxlanılan vaxtlarda Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasında tərcüməçi kimi iştirak edərək Elşənə işgəncələr verib, onu Ermənistan vətəndaşlığını qəbul etmədiyi üçün ağır işgəncələrə məruz qoyub. Azərbaycanlılara işgəncə verən Mkrtçyan həmçinin ermənilər tərəfindən yaralı vəziyyətdə əsir götürülən Bərdə sakini Vəliyev Qərib Rövşən oğluna qarşı da amansız davranıb. O, azərbaycanlı əsirə təzyiqlər göstərərək boynunu qırmaqla hədələyib, dizi ilə döş qəfəsinə müxtəlif zərbələr vurub, avtomat silahının qundağı və ağır dəmir parçaları ilə onu döyüb, yerə yıxaraq ayağı ilə sifətini sıxıb, başını və sifətini dəfələrlə soyuq suda saxlayıb, boğmağa cəhd edib.
Təqsirləndirilən şəxs 2016-cı ilin aprel ayında da Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında könüllü olaraq iştirak edib.
2020-ci ildə başlanan döyüşlər zamanı o, könüllü olaraq döyüşlərə cəlb olunub. 2020-ci ilin 15 oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əsgərov Firavan Xanbala oğlunu qətlə yetirib. Həmin gün o, Azərbaycan Ordusu tərəfindən əsir götürülüb.



Azərbaycanlılara işgəncə verən ermıni həbs edildi
Xaçatryanın növbəti məhkəməsi başladı
Xaçatryanın növbəti məhkəmə prosesi başladı
Xaçatryanın növbəti məhkəməsi keçirilir
Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi
Bakıda məhkəmə hakimi həbs edildi - ŞOK SƏBƏB
Bakıda taksi sürücüsü bıçaqlandı
Ermənistanda əsir saxlanılan hərbçilərimiz həbs olundu
Prezident bu məhkəmələrə yeni sədrlər təyin etdi
Baba və nənəsini öldürən, qardaşını güllələyən şəxsə NƏ CƏZA VERİLDİ?
Arvadını qətlə yetirən hakimlə bağlı QƏRAR VERİLDİ
Rövşən Əkbərovun məhkəməsi yenə baş tutmadı - NİYƏ?
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 