ONN İnformasiya Agentliyi

Milasda yanğın yenidən başladı: istilik elektrik stansiyası RİSK ALTINDA

Milasda yanğın yenidən başladı: istilik elektrik stansiyası RİSK ALTINDA
4-08-2021, 21:42

Muğla vilayətinin Milas rayonunun Ören məhəlləsi yaxınlığında baş verən meşə yanğını axşam saatlarında daha da intensivləşib.

ONN media xəbər verir ki, bu barədə "Son Dakika" məlumat yayıb.

Bildirilib ki, yanğın Fesleğen yaylasından Kəmərköy İstilik Elektrik Stansiyasının yerləşdiyi bölgəyə 500 metrə qədər yaxınlaşıb.

İlkin məlumata görə, bölgədəki yaşayış məntəqələri boşaldılıb. Alovun ram edilməsi üçün axşam saatlarında helekopterlər səfərbər edilib.

Qeyd edilib ki, 5 gündür davam edən yanğınlar Kəmərköy İstilik Elektrik Stansiyasını təhlükə altın salıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png