Xaçmaz rayonunda meşə massivində güclü yanğın başlayıb.
ONN media xəbər verir ki, yanğın Xaçmaz-Xudat yolunun Müşkür kəndindən keçən hissəsində, yolun hər iki tərəfinin kənarında yerləşən ərazidə qeydə alınıb.
Alovun qarşısını almaq üçün əraziyə Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Xaçmaz Rayon Polis Şöbəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Xaçmaz-Xudat avtomobil yolu bağlanıb.
Buna səbəb Xaçmaz rayonunun Müşkür kəndi yaxınlığında baş verən yanğın hadisəsidir.
Məlumata görə, hazırda Gəndob-Yalama yolu istiqamətindən keçən hissədə müvəqqəti postlar qurulub, nəqliyyat vasitələri alternativ yollara yönləndirilir.
Güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olur, bu səbəbdən qabaqlayıcı tədbirlər görülür.
Ərazidəki istirahət mərkəzinin və yanacaqdoldurma məntəqəsinin əməkdaşları təxliyə olunub.
***
Xaçmaz rayonunda yanğın nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik xətti qırılıb.
Nəticədə Xaçmaz şəhərinə və ətraf kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.



Xaçmazda uçan körpü ilə bağlı qərargah yaradıldı
Oğuzdakı meşə yanğını söndürüldü - YENİLƏNDİ
Oğuzda baş verən yanğın meşə fondu ərazisinə keçdi - YENİLƏNDİ
Oğuzda meşədə yanğın olub - VİDEO
Oğuzda dağlıq ərazidə yanğın başladı
Şahdağ Milli Parkında yanğın başlayıb- YENİLƏNİB
5 mindən çox cücə tələf oldu - Fermada yanğın
Şabran və Lerikdə meşə ərazisində yanğın baş verib
İsmayıllıda meşə yanır
Oğuzda dağlıq ərazidə yanğın başladı
Azərbaycanda bu yol ödənişli olacaq- Qərar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 