Türkiyədə meşə yanğınları ilə mübarizənin 8-ci günüdür.
ONN media xəbər verir ki,indiyə qədər 32 rayonda baş verən 152 yanğın nəzarət altına alınıb. Balıkesirin də daxil olduğu 6 rayonun 11 fərqli nöqtəsində yanğınlara müdaxilə davam edir.
Yanğınların davam etdiyi əyalətlər:
Antalya: Manavqat, Gündoğmuş
Muğla: Marmaris, Köyceğiz, Milas, Kavaklıdere, Yılanlı
İsparta: Sütçüler
Dənizli: Tavas
Balıkesir: Savastepe
Manisa: Akhisar
Manavqat
Manavqat rayonunda bir həftədir davam edən meşə yanğınının söndürülməsi üçün işlər davam edir.
Gündoğmuş
Gündoğmuş mahalındakı yanğını 3 vertolyot söndürməyə çalışır. Yanğının yaşayış məntəqələrinə çatmasının qarşısını almaq üçün səylər göstərilir.
Marmaris
Meşə yanğınlarının 8-ci günündə yanğınla mübarizədə qurudan və havadan müdaxilə edilir.
Köyceğiz
Köyceğizdə 5 məhəllə boşaldılıb.
Milas
Muğlanın Milas rayonunda günlərlə davam edən meşə yanğını bütün səylərə baxmayaraq, Kemerköy İstilik Elektrik Stansiyasının 1 kilometrliyinə yaxınlaşıb.
Kavaklıdere
Yanğınsöndürənlərimiz Kavaklıderedəki söndürmə işlərinə dəstək verir.
Yılanlı
Seydikemer Eşen məhəlləsi və Yılanlı Sunqurda 2 ayrı meşədə və 5 fərqli nöqtədə yanğınlar davam edir. Alovlara qarşı mübarizə fasiləsiz davam edir.
Sütçüler
Sütçüler rayonunun Çandır kəndində baş verən yanğından dərhal sonra hərəkətə keçən İsparta bələdiyyəsi bölgəyə 100-dən çox şəxsi heyət, 2 yük maşını su və əsas təchizat göndərib.
Tavas
Tavas rayonunda meydana gələn meşə yanğını qismən nəzarət altına alınarkən, Dənizli Qubernatorluğunda yenidən vertolyotların dəstəyi ilə soyutma işlərinin aparılacağı bildirib.
Akhisar
Manisa Böyükşəhər bələdiyyəsi Akhisar rayonunun Selçikli məhəlləsində baş verən yanğını söndürmək üçün bütün gücünü səfərbər edib.



Türkiyədə yanğınlarla bağlı SON DURUM
Türkiyədə yanğınlarla bağlı SON VƏZİYYƏT
7 gündür yanğınlarla mübarizə aparan Türkiyədə SON VƏZİYYƏT
Türkiyədə meşə yanğınları ilə bağlı SON DURUM
Türkiyədə yanğınlarla bağlı SON DURUM
Antalyada meşə yanğını başladı
Türkiyədə meşə yanğınları ilə bağlı son durum
Türkiyədə daha bir meşə yanğını başladı
SON DƏQİQƏ: Türkiyədə istilik elektrik stansiyası YANIR
Türkiyədə yenidən meşə yanğını başladı
Türkiyədə güclü meşə yanğını baş verdin
Muğlada meşə yanğını nəzarətə götürüldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 