ONN İnformasiya Agentliyi

Tezliklə paytaxta 170 yeni sərnişin avtobusu gətiriləcək

Tezliklə paytaxta 170 yeni sərnişin avtobusu gətiriləcək
23-12-2021, 19:29

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq vətəndaşların rahatlığını təmin etmək üçün avtobus parkının yenilənməsi cari ildə də davam etdirilib. Belə ki, 2020-ci ilin dekabrın 10-da Bakı Nəqliyyat Agentliyi ilə qardaş Türkiyənin “BMC” şirkəti arasında imzalanan müqaviləyə əsasən yeni alınan avtobusların 150 ədədi paytaxta gətirilib.

Bakı Nəqliyyat Agentliyindən  bildirilib ki, müasir sərnişindaşıma tələblərinə tam cavab verən və “Avro 6” standartına uyğun avtobusların hamısı 12 metrlikdir. Yaxın vaxtlarda müqavilədə nəzərdə tutulan 170 ədəd 9 metrlik avtobusların istehsalçı şirkət tərəfindən şəhərimizə çatdırılması prosesinə başlanılacaq.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png