Türkiyədən Bakıya 50 ədəd iritutumlu avtobus gətirilb.
Bu barədə ONN media Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, dövlət başçısının tapşırığına əsasən, ötən dövrdə paytaxta 1 000-dən artıq avtobus gətirilib. Sərnişindaşıma tələblərinə tam cavab verən bu avtobusların 67 %-i CNG (sıxılmış təbii qaz) mühərriklidir.
Sərnişindaşımada xidmət keyfiyyətinin artırılmasında özəl daşıyıcı şirkətlər də maraq göstərməkdədir. Belə ki, özəl daşıyıcı şirkətlərdən biri Türkiyənin “OTOKAR Savunma Sanayi A.Ş.”dən müasir emissiya standartlarına tam cavab verən avtobuslar alır. Alınması nəzərdə tutulan 120 ədəd iritutumlu nəqliyyat vasitələrinin 50 ədədi artıq Bakı şəhərinə gətirilib.
Müasir ödəniş cihazları quraşdırılan avtobuslar fevralın 23-dən müvafiq müntəzəm marşrut xətləri üzrə sərnişinlərin xidmətinə veriləcək. Yeni avtobusların 2 ədədi 18,7 metr olmaqla, qoşqulu - 4 qapılı nəqliyyat vasitəsidir ki, bu da pik saatlarda sərnişin axınının yüksək olduğu istiqamətlərdə insanların rahat və təhlükəsiz daşınmasında xüsusi rol oynayacaq.
"Avtobus parkının yenilənməsi ilə yanaşı, bu şirkətə məxsus yeni istehsalat bazası da istifadəyə verilib. İctimai nəqliyyat infratstrukturun müasirləşdirilməsi baxımından əhəmiyyət kəsb edən bazada eyni vaxtda 200-ə qədər iritutumlu avtobusun park edilməsi mümkündür. Nazirlər Kabinetinin 73 saylı müvafiq qərarı ilə təsdiqlənmiş norma və standartalara cavab verən istehsalat bazasında avtobuslara texniki xidmətin göstərilməsi üçün zəruri şərait yaradılıb", - məlumatda qeyd edilib.



Bakıya yeni 18 metrlik avtobuslar gətirildi
Tezliklə paytaxta 170 yeni sərnişin avtobusu gətiriləcək
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut xəttində DƏYİŞİKLİK EDİLDİ
Bakıya yeni AVRO-6 standartlı avtobuslar gətirildi
Azərbaycan Türkiyədən 320 yeni avtobus alacaq
Yeni gətirilən avtobuslar xəttə buraxıldı
Bakıya yeni avtobuslar gətirilib
Bakıya "İsuzu" markalı yeni avtobuslar gətirildi
Bakıya yeni avtobuslar gətirildi - FOTOLAR
Bakıya yeni avtobuslar gətirilir
Bakıya daha 320 avtobus gətiriləcək
Gələn il Bakıya daha 355 yeni avtobus gətiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 