ONN İnformasiya Agentliyi

Bakıya yeni avtobuslar gətirilir

Bakıya yeni avtobuslar gətirilir
19-08-2024, 18:56

Çinin BYD şirkəti ilə əməkdaşlıq çərçivəsində elektrik mühərrikli avtobusların Bakıya gətirilməsi prosesinə başlanılıb. Avtobusların ilk partiyası artıq Bakı şəhərinə çatıb.

ONN media xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

“Çinin BYD şirkəti ilə əməkdaşlıq çərçivəsində ümumi 160 yeni elektrik mühərrikli avtobusun alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulub” - məlumatda deyilir.

Qeyd edək ki, avtobusların 2024-cü il oktyabrın 31-dək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png