Azərbaycan və rus dillərində dəyərli şeir kitablarının müəllifi, klassik və müasir ədəbiyyatımızın rus dilinə çevrilməsində və təbliğində böyük xidmətləri olan Səyavuş Məmmədzadə bu gün dünyasını dəyişib.
ONN media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı Feysbuk hesabında məlumat verib.