Xalq şairi Sabir Rüstəmxanlının 75 illiyinə həsr olunmuş “Sabir Rüstəmxanlı üçün yaz” adlı yazı müsabiqəsi yekunlaşıb. “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə keçirilən müsabiqədə #rüstəmxanlıüçünyaz, #sabirrüstəmxanlı75 həştəqlərindən istifadə edilərək, sosial şəbəkələrdə (“Facebook”, “Twitter”, “Instagram”) edilən paylaşımlar araşdırılıb. 10-21 may 2021-ci il tarixləri arasında keçirilən müsabiqədə 289 nəfər #rüstəmxanlıüçünyaz, 453 nəfər isə #sabirrüstəmxanlı75 həştəqindən istifadə edib. Ümumilikdə, yarışda 742 nəfər iştirak edib. 742 nəfərdən 245-i hər iki həştəqdən öz paylaşımlarında istifadə ediblər. Seçim zamanı yalnız ümumi açıq (public) paylaşımlardan istifadə olunub. İştirakçıların 581 nəfəri Sabir Rüstəmxanlı yaradıcılığından nümunələr və ya xalq şairi ilə xatirə şəkillərini paylaşıblar. Paylaşımların 459-u “Facebook”, 185-i “Twitter”, 98-i isə “Instagram” istifadəçilərinə məxsusdur. Yazı müsabiqəsində istifadə olunan həştəqlər Sabir Rüstəmxanlının doğum günündə – 20 mayda “Davam” Gənclər Hərəkatının üzvlərinin dəstəyi ilə “Twitter”in Azərbaycan seqmentinin trend siyahısında ilk sıralarda yer tutub. Müsabiqəyə öz iştirakları ilə güc qatan dəyərli ziyalılarımız Əlövsət Ağalarov, Tənzilə Rüstəmxanlı, Məlahət Qurbanova, Anar Yusifoğlu, Əli Hacı, Nəzirməmməd Zöhrablı, Malik Balaşov, Aygün Quliyeva, Zemfira Salmanova, Elçin Zahiroğlu, Elməddin Behbud və Həbib Misirova öz təşəkkürümüzü bildiririk. “Sabir Rüstəmxanlı üçün yaz” Müsabiqəsinin qalibləri: 1. Aysel Xanlarqızı 2. Bünyamin Bünyadzadə 3. Nurlan Cəfəri Həvəsləndirici mükafatçılar: 1. Ərturqut Şərəfxanlı 2. Turə Rəcəbova 3. Mikayıl Mirzəzadə 4. Şəbnəm Nuriyeva 5. Aygün Hüseynova Qeyd edək ki, iyun ayında qaliblərə xalq şairinin iştirakı ilə mükafatlar təqdim olunacaqdır.
“Sabir Rüstəmxanlı üçün yaz” müsabiqəsinin qalibləri müəyyənləşdi - SİYAHI



“Sabir Rüstəmxanlı üçün yaz” müsabiqəsi elan edildi
Sabir Rüstəmxanlı əməliyyat olunub
Prezident Sabir Rüstəmxanlı ilə bağlı sərəncam imzaladı
DİN-dən sosial şəbəkə istifadəçilərinə CİDDİ XƏBƏRDARLIQ
Səyavuş Məmmədzadə vəfat etdi
Musa Yaqubla vida mərasimi keçirilir
Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb
DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
DTX bu şəxslərə xəbərdarlıq etdi
Azərbaycanın tanınmış diktoru VƏFAT ETDİ
"Instagram"a “Messenger”in xüsusiyyətləri ƏLAVƏ EDİLİR
Ölkədə “İnstagram” qadağan edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 