Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
ONN media xəbər verir ki, nazirlikdən verilən xəbərə görə, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 8-i günün ikinci yarısından iyulun 10-u axşamadək bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, yağıntıların bir sıra ərazilərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.
Eyni zamanda, iyulun 10-u səhərdən 11-i axşamadək Bakı şəhəri və Abşeron yarımadasında da güclü külək əsəcəyi gözlənilir.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi göstərilən ərazilərdə yaşayan və istirahət edən vətəndaşlara müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir".



Nazirlikdən hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ
FHN-dən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT
FHN hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
Hava dəyişir: FHN xəbərdarlıq etdi
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət
Nazirlikdən hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq
FHN əhaliyə XƏBƏRDARLIQ ETDİ
Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
FHN əhaliyə müraciət etdi
Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Nazirlikdən hava xəbərdarlığı: leysan, güclü külək...
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Maaş və sosial ödənişlərdə artım olacaq?
Sabah yağış yağacaq
Naxçıvana uçuşlar ləğv edildi
FHN-dən yağışlı hava ilə bağlı əhaliyə müraciət
Binəqədi sakinlərinin NƏZƏRİNƏ
Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq
Türkiyəyə 200 kq ağırlığında dron düşdü
Ronaldo Messi ilə bağlı sualı cavablandırmaqdan imtina etdi
Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur
Qalibaf Azərbaycanda səfərdədir
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Neft ucuzlaşmaqda davam edir
Ukrayna Moskvanın müdafiəsini necə yara bilib?
Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
Ürəyi xəstə olanlar qəhvə əvəzinə bunu içsin 