Azərbaycanda orta aylıq əmək haqqının 1150 manatı keçməsi geniş müzakirə olunur. Rəsmi statistikaya görə, ölkədə əməkhaqqı göstəricilərində artım qeydə alınıb. Bununla belə, cəmiyyətdə bu rəqəmin real gəlirləri nə dərəcədə əks etdirdiyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Orta aylıq əmək haqqının artmasına hansı amillər təsir edib? Yaxın dövrdə əmək haqqı və sosial ödənişlərlə bağlı yeni artımların baş verməsi gözlənilirmi?
ONN media xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Globalinfo.az-a açıqlamasında ölkədə orta aylıq nominal əmək haqqının 2026-cı ilin yanvar-aprel aylarında 1172,1 manat təşkil etdiyini bildirib.
“Bu göstərici 2025-ci ilin yanvar-noyabr ayına olan göstəricisi ilə müqayisədə təxminən 8 faiz artım deməkdir. Təbii ki, ilin sonunadək bu göstəricidə dəyişiklik ola bilər. Orta aylıq əmək haqqının artımı əsasən yüksək maaşlı sahələr hesabına formalaşıb. Xüsusilə neft–qaz sənayesi, maliyyə və sığorta sektoru, informasiya texnologiyaları və dövlət sektorunda müşahidə olunan maaş artımları buna təsir edib”, - o deyib.
Ekspert qeyd edib ki, Bakı ilə regionlar, eləcə də dövlət və özəl sektor arasında əmək haqqı fərqləri qalmaqdadır:
“Kənd təsərrüfatı, təhsil, səhiyyə və sosial xidmət sahələrində əməkhaqları orta göstəricidən aşağıdır. Minimum əməkhaqqının artırılmasına ehtiyac var. Buna ildə azı bir dəfə yenidən baxılması orta aylıq əməkhaqqına nisbətin yüksəlməsinə xidmət edə bilər. Azərbaycanın da ratifikasiya etdiyi Avropa Sosial Xartiyasının tələblərinə əsasən, bu nisbət 60 faizdən aşağı olmamalıdır. İnkişaf etmiş ölkələrdə isə həmin göstərici adətən 60 faizdən yüksəkdir. Hazırda Azərbaycanda bu nisbət təxminən 34 faiz təşkil edir”.
Ekspert vurğulayıb ki, minimum əmək haqqı ilə orta aylıq əmək haqqı arasındakı fərqin böyük olması gəlir bərabərsizliyini daha da dərinləşdirə bilər:
“Çünki orta maaşın artımı əsasən yüksək gəlirli sahələr hesabına baş verdikdə, aşağı gəlirli sosial qruplar bunu real rifah artımı kimi hiss etmirlər. Ölkədə minimum əmək haqqından aşağı maaş alan şəxslər də var və yaşayış xərclərinin artması onların sosial vəziyyətinə ciddi mənfi təsir göstərir”.
Professor əlavə edib ki, problemin həlli yalnız minimum əmək haqqının inzibati qaydada artırılması ilə mümkün deyil:
“Fərqin azaldılması üçün əmək bazarı siyasəti, vergi mexanizmləri və iqtisadi inkişaf strategiyası arasında kompleks və uzlaşdırılmış yanaşma tələb olunur”.



800-ə yaxın ziyalı Bakı merinə müraciət etdi: “Bakının küçələrində Azərbaycan dilinə divan tutulur”
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
SON DƏQİQƏ: Prezident əfv sərəncamı imzaladı
26 iyul Şəfiqə Axundovanın vəfat etdiyi gündür
"AZAL" NAXÇIVANIN TƏCRÜBƏSİNDƏN NİYƏ İSTİFADƏ ETMİR?- CAVİD İSMAYIL YAZIR
Prezidentdən ƏFV FƏRMANI -Adlar (Siyahı)
Biz haqqın yanındayıq! - Cavid İSMAYIL yazır
VƏTƏN UĞRUNDA BİR OLMAĞI BACARDIQ!-Cavid İSMAYIL yazır
“Seçki geriyə də çəkilə bilər, irəliyə də…” - Komitə sədri ilə MÜSAHİBƏ
Prezident AZTV-yə müsahibə verdi - TAM MƏTN
Kadr və milli təhlükəsizlik – Cavid İSMAYIL yazır
Sabah yağış yağacaq
Naxçıvana uçuşlar ləğv edildi
FHN-dən yağışlı hava ilə bağlı əhaliyə müraciət
Binəqədi sakinlərinin NƏZƏRİNƏ
Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq
Türkiyəyə 200 kq ağırlığında dron düşdü
Ronaldo Messi ilə bağlı sualı cavablandırmaqdan imtina etdi
Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur
Qalibaf Azərbaycanda səfərdədir
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Neft ucuzlaşmaqda davam edir
Ukrayna Moskvanın müdafiəsini necə yara bilib?
Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
Ürəyi xəstə olanlar qəhvə əvəzinə bunu içsin 