ONN İnformasiya Agentliyi

Güneydə sel 14 kəndə ciddi ziyan vurdu

Güneydə sel 14 kəndə ciddi ziyan vurdu
30-08-2023, 16:22

Ərdəbil əyalətinin Xiyav (Meşginşəhər) şəhərində sel daşqınları 14 kənddə fəsadlar törədib, infrastrukturu sıradan çıxarıb.

ONN media xəbər verir ki, bu barədə Xiyavın fərmandarı Şəhram Məhəmmədi mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, kəndlərin yolları dağılıb, qaz və elektrik xətləri sıradan çıxıb.

“Əkin və bağ sahələrinə çox ziyan dəyib. Zərərin hesablanması üçün dəqiqləşdirilmələr aparılır”, - o əlavə edib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png