ONN İnformasiya Agentliyi

Azərbaycana payız fəsli daxil oldu

Azərbaycana payız fəsli daxil oldu
23-09-2023, 11:49

Azərbaycana payız fəsli daxil olub.

ONN media xəbər verir ki, Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən cənub yarımkürəsinə keçib.

Bununla da Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayıb.

Bu gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşür və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olur.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-ə qədər davam edəcək.

Dekabrın 22-i saat 07:27-də qış fəsli payızı əvəz edəcək.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png