Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə fəsillərin ölkəmizə daxil olma vaxtlarını açıqlayıb. Rəsədxanadan ONN media-ya verilən məlumata görə, 2020-ci ildə yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarımkürəsinə Yaz fəsli daxil olur.
Yay fəsli iyunun 21-də saat 01:43:42-də ölkəyə daxil olacaq. Buna həm də yay Günəş duruşu deyilir. Yəni Günəş üfüqdən ən hündür nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən kiçik bucaq əmələ gətirir. Belə olan halda günəş şüaları yer səthinə, xüsusilə də şimal yarımkürəsinə yaxşı düşə bilir. Payız fəsli sentyabrın 22-də saat 17:30:36-da qeydə alınacaq. Bu halda gecə-gündüz bərabərliyi baş verir. Buna payız bərabərliyi də deyirlər. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Qış fəsli isə dekabrın 21-də saat 14:02:18-də ölkəyə qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur.Azərbaycana fəsillərin daxil olma vaxtı bilindi



Gələn il fəsillər Azərbaycana bu tarixlərdə daxil olacaq
Fəsillərin Azərbaycana daxilolma vaxtı açıqlandı
Azərbaycana Yaz fəsli gəlir
Azərbaycana yay fəsli bu tarixdə daxil olacaq
Azərbaycana payız gəldi - SON DƏQİQƏ
Azərbaycana payız fəsli nə vaxt daxil olacaq?
Bu həftə Azərbaycana yaz fəsli daxil olacaq
Azərbaycana yaz fəsli gəldi
Azərbaycana yay fəsli daxil oldu
Azərbaycana payız daxil oldu
Azərbaycana qış fəsli daxil oldu
Azərbaycana yay fəsli bu tarixdə gələcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 