ONN İnformasiya Agentliyi

Məşhur qırğız avtoritet öldürüldü

Məşhur qırğız avtoritet öldürüldü
5-10-2023, 16:40

Məşhur qırğız kriminal avtoriteti Qamçı Asanbek Bişkekdə keçirilən əməliyyat nəticəsində öldürülüb.

ONN media xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb.

“Aparılan əməliyyat-axtarış tədbirləri zamanı K.Asanbekin yeri müəyyən edilib. O, təhlükəsizlik qüvvələrinin qanuni tələblərinə məhəl qoymayaraq, odlu silahdan istifadə etməklə silahlı müqavimət göstərib. Cavab atəşilə kriminal avtoritet öldürülüb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Qamçıbəy Asanbel MDB kriminal dairələrində “Kolya Qırğız” ləqəbilə tanınır.2007-ci ildə ABŞ Dövlət Departamenti Asanbeki Qırğızıstandakı ən güclü cinayətkar qruplaşmanın lideri adlandırıb və 2008-ci il aprelin 23-də Moskvada ona Rusiya mütəşəkkil cinayətkar qruplaşmaların liderləri tərəfindən qanuni oğru adı verilib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png