Ermənistan Baş naziri Nikol Paşinyan Yeni il müraciətində xalqdan üzr istəyib.
ONN media xəbər verir ki, əvvəlcə iqtisadi yüksəlişdən, maaşların artmasından, rifahdan danışan baş nazir daha sonra keçilən və qarşıda duran sınaqlardan bəhs edib.
“Biz bu yolun böyük hissəsini keçmişik, lakin qarşıda duran yeni sınaqlardan, çətinliklərdən sığortalanmamışıq və müstəqil dövlətə sahib olmaq və o dövləti nəsillərimizə miras qoymaq əzmimizdə tərəddüd etməməliyik.
Mən həmçinin son illərdə yaşadığınız ağrılara görə hər birinizdən, Ermənistan Respublikasının bütün vətəndaşlarından, Qarabağdan qaçqın düşmüş bütün qardaş və bacılarımızdan üzr istəmək istəyirəm.
Sizdən hər hansı bir cinayət törətdiyim və ya bir anlıq olsa da, sizin qarşınızda hansısa məsuliyyəti və ya öhdəliyi unutduğum üçün deyil, sizin hisslərinizi bildiyim və mən də eyni hissi yaşadığım üçün üzr istəyirəm.
Amma bu hiss heç bir halda mənim dövlət başçısı kimi vəzifəmi sarsıda bilməz, bundan belə nəticə çıxır ki, mənim bütün qərarlarım və hərəkətlərim Ermənistan Respublikasının dövlət maraqlarından irəli gəlməlidir. Məhz buna görədir ki, mən regionumuzdakı qonşularımızla münasibətlərin tənzimlənməsi və dərinləşdirilməsi üçün həll yollarının tapılmasını prioritet hesab edirəm və bundan sonra da dövlət naminə, gələcək naminə, gələcək nəsillər naminə o yolu qətiyyətlə gedəcəyəm”, - Paşinyan bildirib



Nikol Paşinyan: "İlham Əliyevlə görüşlərdən sonra..."
Paşinyan xahiş etdi: Məni bağışlayın...
Paşinyanın yalanı 4 il sonra üzə çıxdı
Paşinyan etiraf etdi: Bu kəndlər bizim deyil!
Paşinyandan daha bir SENSASİON ETİRAF
Paşinyandan əhaliyə ŞOK ÇAĞIRIŞ - Hər kəs SİLAHLANSIN
Paşinyan böyük milli fəlakətdir - Akopyan
Nikol müraciət etdi, ancaq Qarabağın adını çəkmədi...
Putindən Paşinyana "TƏRS ŞİLLƏ"- Üzrlü say Nikol
Putinlə Paşinyan bu tarixdə görüşəcək
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 