Türkiyənin reytinqli layihələrdindən olan "Ömer" serialı final edəcək.
ONN media Türkiyə KİV-ə istinadən xəbər verir ki, sevilərək izlənilən ekran işi 54-cü bölümdə tamaşaçılarla vidalaşacaq.
Bu bölüm 6 may tarixində yayımlanacaq.
Serialın yayımlandığı "Star TV" kanalı gözlənilməz addım ataraq belə bir qərara gəlib.