ONN İnformasiya Agentliyi

Bu ölkədə bayrağa bükülmüş tabutlar qoyuldu- SƏBƏB NƏDİR?

Bu ölkədə bayrağa bükülmüş tabutlar qoyuldu- SƏBƏB NƏDİR?
2-06-2024, 19:25

Polis Eyfel qülləsi yaxınlığında üzərində "Ukraynada öldürülən fransız əsgərləri" yazılmış və Fransa bayrağına bükülmüş beş boş tabut qoyan üç nəfəri saxlayıb.

Məlumata görə, hadisə ilə bağlı tabutları mikroavtobusda Parisin mərkəzinə aparanlar "bolqar, ukraynalı və alman" əsilli şəxslər olublar.

Qeyd edək ki, son aylarda Fransanın Ukraynaya ordu göndərəcəyi ilə bağlı xəbərlər yayılır. Fransa Prezidenti Emmanuel Makron bunun baş verə biləcəyini istisna etməyib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png