Bakı şəhər Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən "50 qəpik" avtoyuma məntəqəsində dəhşətli hadisə baş verib.
ONN media xəbər verir ki, dostu ilə birgə avtoyuma məntəqəsinə velosipedini yumağa gedən 2010-cu il təvəllüdlü Rəşad Babayevi cərəyan vurub.
Nəticədə yeniyetmə hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş açılıb. Obyektin sahibi təqsirləndirilən şəxs qismində cəlb edilib.
Araşdırmalar zamanı məlum olub ki, 13 yaşlı oğlan dostu ilə su borusunu dartarkən onu cərəyan vurub.
Yeniyetmənin dostu hadisəni belə təsvir edib:
"Rəşadı əvvəllər tanımırdım, Hövsanda yaşamırdı, bir neçə gün idi ki, babasıgilə qonaq gəlmişdi, arabir küçəyə çıxıb bizimlə oynayırdı. Mən bəzən öz velosipedimi yumaq üçün evimizdən bir qədər kənarda yerləşən "50 qəpik" deyilən avtoyuma məntəqəsinə gedirdim.
Həmin gün günorta saatlarında velosipedi yumaq üçün evdən çıxan zaman Rəşadla görüşdüm, hara getdiyimi soruşdu, velosiped yumağa getdiyimi dedim.
Rəşad da getmək istədiyini dedi, birlikdə ora getdik. 50 qəpik pulu aparata atıb velosipedi özüm yuyan zaman Rəşad mənim əlimdən təzyiq şlanqını alaraq velosipedi özü yumaq istədi.
Lakin imtina edərək velosipedi özüm yuyacağımı dedim. İkinci dəfə isə Rəşad şlanqı əlimdən aldı, velosipedi yumaq istəyərkən artıq onu elektrik cərəyanı vurdu. Mən şlanqın plastmas yerindən tutduğum üçün məni cərəyan vurmadı.
Lakin Rəşad şlanqın plastik yerindən deyil, dəmir hissəsindən yapışdığı üçün onu "tok" vurdu.
Rəşad həmin vaxt yerə yıxıldı və tanımadığım adam bizi görərək köməyə gəldi, Rəşadın yanında olan həmin su təzyiqi şlanqını ayağı ilə kənara vurub itələdi. Mən isə qaçaraq Rəşadın anasına hadisə barədə məlumat verdim".
Suraxanı rayon Məhkəməsinin hökmü ilə obyektin sahibi Cinayət Məcəlləsinin 124.1-ci maddəsi üzrə təqsirli bilinib. O, qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla, 2 il müddətə islah işləri növündə cəzaya məhkum edilib.



FİLM KİMİ OLAY- Ana öz övladını zəhərlədi
3 yaşlı qız faciəvi şəkildə öldü
Bakıda dəhşətli qətl: Nəvə nənəsini qətlə yetirib
Hövsanda yolu keçən piyadanı maşın vurub öldürdü
Bakıda tikilən çoxmərtəbəli binada faciə - ÖLƏN VAR
Bakıda müğənninin ölümdən döndüyü avtoqəza ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakıda qısqanc ərdən DƏHŞƏTLİ ƏMƏL - 29 yaşlı arvadını...
Tovuzda dəhşətli olay - ÖLƏN VAR
Bakıda işə gedən qadının öldürülməsi barədə RƏSMİ AÇIQLAMA
Çörəyin bugünkü qiyməti - Siyahı
Bakıda kriminal avtoritetin öldürülməsi ilə bağlı YENİ XƏBƏR
Gəncədə faciə - 30 yaşlı işçi yıxılıb öldü
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 