Venesuela Aruba, Boneyr və Kyurasao ada-dövlətləri ilə dəniz sərhədini bağlayır. ONN media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə vitse-prezident Delsi Rodriqes bildirib: “Venesela təkcə sərhədi bağlamır, eyni zamanda bu ölkələrlə münasibətləri yenidən nəzərdən keçirəcək. Tədbirlər həmin dövlətlərin beynəlxalq hüquqa əməl etmələri və hörmət göstərmələrinədək davam edəcək”. Rodriqes deyib ki, Kyurasao ilə əlaqələrin dayandırılması qeyri-müəyyən vaxtadaək davam edəcək. Məhz bu ada Nikolas Maduro hökumətinin ölkəyə buraxmaq istəmədiyi humanitar yardımın toplandığı mərkəzə çevrilib.
Venesuela dəniz sərhədini bağlayır

