ONN İnformasiya Agentliyi

Hərbçilərə smartfondan istifadə qadağan edilə bilər

Hərbçilərə smartfondan istifadə qadağan edilə bilər
7-03-2019, 14:24


Türkiyədə hərbi qulluqçulara smartfonlardan, o cümlədən internet və sosial şəbəkələrdən istifadə etmək qadağan oluna bilər.

ONN media xəbər verir ki, hazırda Türkiyədə bir sıra hərbi hissələrin ərazisində smartfonlardan istifadə qismən məhdudlaşdırılıb, lakin bu qayda bütün hərbi hissələrdə tətbiq oluna bilər.

Hərbi hissələrdə smartfonların işlədilməsinə dair əsas problem həmin telefonlardan casusluq məqsədilə istifadə olunma ehtimalı ilə bağlıdır.

Türkiyə Baş Qərargahı bu məlumatı nə təsdiq, nə də təkzib edir.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png