Bəzi hallarda sosial şəbəkələrdə qeydiyyatdan keçmiş şəxslər saxta profil hesabı açaraq öz ad soyadlarını gizlədirlər. Lakin saxta profil adlarından istifadə edən şəxslər bir sıra hallarda anonim olduqları üçün cəzasız qalacaqlarını güman edərək digər şəxsləri sosial mediada təhqir etməkdən çəkinmirlər”.
ONN media xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında hüquqşünas Şaiq Mirzəyev söyləyib.
O əlavə edib ki, bu tip halların qarşısının alınması məqsədi ilə, Cinayət Məcəlləsinə yeni məzmunda 148-1-ci maddə əlavə edilib:
“Bu maddə ilə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə də cinayət məsuliyyətinə səbəb olur.
“Saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür”.
Hüquqşünas onu da əlavə etdi ki, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə cinayət işi müraciət əsasında başlanılır:
“Sosial şəbəkələrə nəzarət etmək olduqca çətindir. Bu gün Azərbaycanda sosial şəbəkələrdən milyonlarla insan istifadə edir. Lakin bu istifadə hər zaman məqsədə müvafiq olmur. Bu isə nəticədə hüquqi məsuliyyətə səbəb ola bilər”



Saxta profil istifadəçilərinin NƏZƏRİNƏ!
Twitter hesabınızın bağlanmaması üçün NƏ ETMƏLİ?
DTX bu şəxslərə xəbərdarlıq etdi
Saxta profil açanların DİQQƏTİNƏ
“Facebook”da şok paylaşım: Tanınmış polis mayorunu öldürmək istəyirlər?
“WhatsApp”dan son giriş vaxtı və profil şəkli ilə bağlı YENİLİK
"Facebook"da bu hesablar silindi
Yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə CƏRİMƏLƏR
Elşad Hacıyevi ölümlə hədələyən şəxs həbs edildi
96 nəfərə saxta tibbi arayış verildi - CİNAYƏT İŞİ AÇILDI
DİN-dən saxta COVID pasportu alanlara XƏBƏRDARLIQ
Sosial şəbəkələrdə DƏLƏDUZLUQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 