ONN İnformasiya Agentliyi

Ərdoğan:“Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır

Ərdoğan:“Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır
20 Fevral 2018 - 13:59

Xocalı faciəsində şəhid edilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik”. 
 
ONN media-nın verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında çıxış edərkən deyib. 
 
R. T. Ərdoğan Xocalı şəhərində qətlə yetirilən azərbaycanlılara rəhmət diləyib: “Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri Xocalıda yaşanıb. Xocalı qatillərinə hökm kəsən ölkə gördünüzmü? Türk, müsəlmandırsa, həmin ölkələr bunu görmürlər. Biz isə Xocalı qətliamını unutmadıq, unutmayacaq və xatırladacağıq”. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png