ONN İnformasiya Agentliyi

 Bəşər Əsədi dəstəkləyən hərbi dəstələr Afrindən geri çəkilib

 Bəşər Əsədi dəstəkləyən hərbi dəstələr Afrindən geri çəkilib
20 Fevral 2018 - 22:35

Türkiyə ordusunun açdığı xəbərdarlıq atəşindən sonra Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən hərbi dəstələr Afrindən geri çəkilib.  

ONN media-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Türkiyə artilleriya qüvvələrinin zərbələrinə tuş gələn hərbi dəstələr Afrinin 10 kilometrliyində dayandırılıb.

Bundan əvvəl bəzi KİV-lər hökumət qüvvələrinin yaxın günlərdə Afrində və Türkiyə ilə sərhəd ərazilərdə bir neçə mövqeni nəzarətə götürmək niyyətində olduğunu bildirmişdi. Ötən gün Suriyanın SANA dövlət xəbər agentliyi “Suriya Xalq Qüvvələri”nin yaxın saatlarda Afrinə daxil ola biləcəyini bildirmişdi. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan apardığı danışıqlardan sonra Suriya hökumət qüvvələrinin Afrinə doğru irəliləməsini dayandırdığını bildirmişdi.   

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png