ONN İnformasiya Agentliyi

Ovuclarına baxıb dərdini tap – Əl içi diaqnostikası

Ovuclarına baxıb dərdini tap – Əl içi diaqnostikası
24 Fevral 2018 - 20:59

Qədimdə təbiblər xəstənin əllərinin içinə baxmaqla artıq diaqnozu bilirdilər.

ONN media medicina.az-a istinadən bildirir ki, çünki əllərin içində bir sıra patologiyalar dəyişikliklər yaradır. Elə evdə özünüz də ovuclarınıza baxmaqla, çox problemdən agah ola bilərsiz:

-Qırmızı  ovuclar – qaraciyər problemidir. Həmçinin sapsarı rəng qaraciyərin xəstəliyinin siqnalıdır.
-Yalnız barmaqların ucları qırmızıdırsa, mədə-bağırsaq sistemi pozulub.
-Baş barmağın dibində qırmızı ləkələr cinsiyyət üzvləri ilə problemi göstərir
-Qəhvəyi ləkələr dərinin piqmentasiyasının pozulması və öd durğunluğu

-Ovucda sanki mərmər kimi görüntü və cizgilər  sinir və vegetativ sistemdə pozğunluqlar
-Ovucların qabıq qoyması – A, D vitamini əskikliyi
-Buz kimi ovuclar – periferik qan dövranı pozulması, nikotin turşusu çatışmazlığı
-Ovuclar qaynardır – qaraciyər təmizləmə funksiyasını normal yetirmir, kimyəvi komponentlər deaktivə edilmir
-Ovuclarda qarışqa gəzintisi kimi gizilti – endokrin və hormonal sistem pozuntuları
-Nəm, tərli əllər qalxanabənzər vəzin hiperfunksiyası
-Qanı qaçmış ağ ovuclar – qanda hemoqlobin azdır

-Barmaqların ucunun keyiməsi ürək-damar sistemində problemlər
-Barmaqlarının yan hissəsinin bərk qaşınması – bağırsaq problemi və çirklənməsi
-Barmaqların bərkiməsi, quruması – öd kisəsində problem var.
-Barmaqların sümük və oynaqlarının deformasiyası – artroz, artrit, revmatizma əlaməti.

-Ümumiyyətlə, əllərinizdə görünən istənilən kobud xoşagəlməz dəyişikliyi nəzərə alıb, mütləq həkimə göstərin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png