ONN İnformasiya Agentliyi

Türkmənistanda xanımlara QADAĞA

Türkmənistanda xanımlara QADAĞA
06 Aprel 2018 - 3:03

Türkmənistana xarici ölkələrdən qadın çimərlik geyimlərinin, bikini və şortların gətirilməsi, eyni zamanda satışı qadağan edilib.

ONN media Report-a  istinadən xəbər verir ki, hazırda mağazalarda qadağadan əvvəl idxala edilən geyimlər satılır.

“Çimərlik mövsümü yaxınlaşır, bu mallara təlabat artır. Ancaq Türkmənistana xarici ölkələrdən qadın çimərlik geyimlərinin, bikini və şortların gətirilməsi qadağan olunub. Gömrük Xidməti qadağanın səbəbini açıqlamır”, –  satıcılar bildiriblər.

Türkmənistanın Gömrük Xidməti məsələ ilə bağlı KİV-in sorğularına cavab verməyib.

Bununla belə adının açıqlanmasını istəməyən gömrük əməkdaşı qadağa ilə bağlı ehtimalını bildirib: “Ola bilsin, bu, türkmənlərin mənəvi dəyərləri ilə bağlıdır. Başqa sözlə, türkmən qızları çimərlik paltarı geyinmələrinə ehtiyac görmürlər”. 

Lakin gömrük əməkdaşı qadağanı indi tətbiq edilməsinin səbəbini izah edə bilməyib.

Qeyd edək ki, Türkmənistanın mərhum prezidenti Saparmurad Niyazovun (Türkmənbaşı) hakimiyyəti illərində də müxtəlif qadağalar tətbiq edilirdi. Məsələn, qızıl dişlər, saçların və saqqalın uzadılması qadağan olunmuşdu. 2013-cü ildən isə dövlət müəssisələrində işləyən, ali məktəblərdə təhsil alan qızlar qırmızı rəngli donlar və milli yayılıqlar geyinməyə məcbur olunurlar.

Bu yaxınlarda isə Türkmənistana xaricdən saç boyalarının gətirilməsi qadağan edilib. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png