ONN İnformasiya Agentliyi

Teleaparıcı liftə minərkən ölüb

Teleaparıcı liftə minərkən ölüb
09 Aprel 2018 - 14:42

Qazaxıstanda televiziya aparıcısı Ayzat Abdisamat liftə minmək istəyərkən qəza baş verib və o, ölüb.

ONN media xəbər verir ki, hadisə aprelin 4-də 27 yaşlı aparıcının 3 yaşlı qızının gözü qarşısında baş verib.

A. Abdisamat əvvəlcə qızını içəri buraxıb, sonra isə özü liftə daxil olmaq istəyib, lakin bu zaman liftin qapıları qəflətən bağlanıb və lift yuxarı qalxmağa başlayıb. Bir mərtəbə getdikdən sonra lift dayanıb, lakin qadın şaxtada sıxılmış vəziyyətdə qalıb.

Sonra qadının meyiti qonşuları və həyat yoldaşı tərəfindən aşkar edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png