ONN İnformasiya Agentliyi

Ermənistan hökuməti istefaya göndərildi

Ermənistan hökuməti istefaya göndərildi
09 Aprel 2018 - 17:59

Bu gün Ermənistan hökuməti istefaya göndərilib.

ONN media erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın aprelin 9-da and içmiş yeni prezidenti Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla baş nazir də daxil olmaqla bütün nazirlər və hökumətin digər üzvləri işdən çıxarılıblar.

Qeyd edək ki, aprelin 9-16-da Ermənistanın baş naziri postuna namizədlər irəli sürüləcək. Aprelin 17-də Ermənistan parlamentində yeni baş nazir seçiləcək. Yeni baş nazir isə yeni hökuməti formalaşdıraraq, prezidentə və parlamentə təqdim edəcək. Hökumət mayın 1-10 arası formalaşdırlacaq. Bu posta Ermənistan hakim Respublikaçılar Partiyasının sədri, keçmiş prezident Serj Sarqsyanın gətiriləcəyi gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png