ONN İnformasiya Agentliyi

ABŞ-dan Ramazan təbriki

ABŞ-dan Ramazan təbriki
16 May 2018 - 11:47

ABŞ-ın xarici işlər naziri Mayk Pompeo müsəlman dünyasının Ramazan ayını təbrik edib.

ONN media xəbər verir ki, bu barədə nazirlik yazılı açıqlama verib. Açıqlamada deyilir:

“ABŞ xarici işlər nazirliyi adından dünyadakı müsəlmanlara sülhlə dolu müqəddəs Ramazan ayı üçün xoş niyyətlərimi çatdırıram”.

Amerikadakı müsəlman əhaliyə də xitab edən Pompeo açıqlamasında amerikalı müsəlmanların cəmiyyətə töhfə verdiyini bildirib. Qeyd edilib ki, ABŞ-ın xaricdəki diplomatik nümayəndəlikləri də Ramazan tədbirlərində iştirak edəcək. Müsəlmanlar və digər inanc sahibləri bir araya gələcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png