ONN İnformasiya Agentliyi

TAPİ qaz kəmərinin tikinti sahəsinə hücum – 5 ölü

TAPİ qaz kəmərinin tikinti sahəsinə hücum – 5 ölü
21 May 2018 - 19:30

Bazar ertəsi səhər saatlarında Əfqanıstanın Kandaqar vilayətində TAPİ qaz kəmərinin tikinti sahəsinə naməlum şəxslər hücum edib.

ONN media xəbər verir ki, Trend-in məlumatına görə, hücum nəticəsində 5 nəfərin öldüyü bildirilir.

Məlumata görə, naməlum şəxslər ərazini yoxlayan işçilərə atəş açıblar. Daha 1 nəfərin isə hücum edən şəxslər tərəfindən oğurlandığı deyilir.

İnsidentə görə terror qruplaşmalarından hələ heç biri məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, TAPİ qaz kəmərinin tikintisi Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan tərəfindən 2015-ci ilin dekabrında başlayıb. Qaz kəmərinin ümumi uzunluğu 1814 kilometr təşkil edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png