ONN İnformasiya Agentliyi

Everestdə daha bir alpinist həlak oldu

Everestdə daha bir alpinist həlak oldu
22 May 2018 - 0:02

Öncəki ekstrimal səyahətləri zamanı doqquz barmağını itirən tanınmış yapon alpinist Nobukazu Kuriki Everest zirvəsinə qalxmağa çalışan zaman həlak olub.

ONN media  Oxu.Az -a  istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Nepal hökumətinin məlumatına əsasən, 35 yaşlı alpinist qurduğu çadırda ölü tapılıb.

Bu alpinistin dünyanın ən hündür zirvəsini fəth etmək üçün sayca səkkizinci cəhdi idi.

Bazar günü isə Makedoniyadan olan alpinist Himalayın daha hündür nöqtəsində həlak olub.  Mayın 17-də isə Başqırdıstandan olan səyahətçi Rüstəm Əmirov Everesti fəth etməyə çalışan zaman donvurmadan dünyasını dəyişmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png