ONN İnformasiya Agentliyi

Məktəb direktoru olmaq istəyənlər – DİQQƏT

Məktəb direktoru olmaq istəyənlər – DİQQƏT
31 May 2018 - 14:46

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrlar üçün keçirilən təlimlərdə iştirak edən namizədlərin müsahibə mərhələsinə başlanılıb.

ONN media xəbər verir ki, müsahibənin nəticəsinə əsasən, Bakı şəhəri üzrə vakant direktor vəzifəsinə namizədlər müəyyənləşəcək.

Məlumatda o da qeyd olunub ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrlar üçün təlimlər təşkil edilib.

Təlimlər Təhsil Nazirliyinin birbaşa tabeliyində (Bakı şəhərində yerləşən) olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyada işləyən direktorları, direktor müavinlərini və müəllimləri əhatə edib.

2014-cü ildən keçirilməyə başlanılan təlimlərin məqsədi müasir idarəetmə keyfiyyətlərinə malik, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarının bilik və bacarıqlarını təkmilləşdirməkdir.

Təlim iştirakçılarının yekun qiymətləndirməsindən sonra müvafiq bal toplamış şəxslər müsahibə mərhələsinə dəvət olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png