ONN İnformasiya Agentliyi

“Qarabağ” klubu 1 milyon avroya futbolçu alır

“Qarabağ” klubu 1 milyon avroya futbolçu alır
25 İyun 2018 - 15:45

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Qarabağ” növbəti transferini reallaşdırıb.

ONN media  xəbər verir ki, Ağdam klubu Fransanın “Lans” klubundan Abdella Zubiri transfer edib.

Fransa mətbuatının yazdığına görə mərakeş əsilli futbolçu bu gün rəsmi müqavilə imzalayacaq.

İddia olunur ki, “Qarabağ” bu transfer üçün “Lans”a 1 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Fransada “Lans”dan əvvəl “Qrenobl”, “İstr” klublarının da formasını geyinən hücumameylli yarımmüdafiəçi Şotlandiyada “Hibernian” və Rumıniyada “Petrolul” komandalarında çıxış edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png