ONN İnformasiya Agentliyi

“Gmail”də YENİ FUNKSİYA

“Gmail”də YENİ FUNKSİYA
27 Avqust 2018 - 23:36

"Google" şirkətinə məxsus "Gmail" elektron poçt xidmətində avtomatik silinən məktublar funksiyası istifadəyə verilib.

ONN media xəbər verir ki, indi məxfi yazışma rejimində məktub oxunduqdan sonra avtomatik silinəcək. Bunun üçün məktubu göndərən onun silinmə tarixini (1 gündən 5 ilədək) qeyd etməli və ya məktuba girişi bağlamalıdır ki, bunu da istənilən vaxt edə bilər. Bu halda məktubu alan tərəf onu başqasına göndərə, köçürə, çap edə və ya müraciətin tərkibini köçürə bilməyəcək.

Lakin internet nəhəngi yazışmanın köçürülməsinin qarşısının tamamilə alınacağına zəmanət vermir. "Google" şirkəti poçta müdaxiləni və ya ekranın şəklinin çəkilməsini nəzərdə tutur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png